22:53 Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı  |     22:46 Tramp Venesuelaya zərbələrlə bağlı qərarını açıqladı  |     22:39 Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür  |     22:30 "Sumqayıt"ın baş məşqçisi: "Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər"  |     22:23 Yaponlar arıqlamaq üçün xüsusi su istehsal ediblər  |     22:14 Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq"  |     22:05 8 saatlıq yuxu mifi: Harvard alimi izah etdi - Əslində insana nə qədər yatmaq lazımdır?  |     21:58 "ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib  |     21:47 Slovakiya səfiri Azərbaycana təşəkkür edib  |     21:40 Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib  |     21:30 Xəstə ilə kobud rəftar edən nevropatoloqa TÖHMƏT VERİLDİ  |     21:11 Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana gəlməsi müzakirə olunur  |     20:56 36 yaşlı arvadının başını daşa vuraraq öldürmüşdü: Xüsusi amansızlıqla qətl törədən Rəşada HÖKM OXUNDU  |     20:48 Azərbaycan cüdoçusu Avropa çempionu oldu  |     20:38 "Dedi ki, kişilərlə danışırsan, bıçağı soxdu anasına" - Xaçmazdakı qətlin TƏFƏRRÜATI  |     20:15 "Sushi Club" bağlandı: Ciddi nöqsanlar aşkarlandı  |     20:07 Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?  |     19:59 Hikmət Hacıyev: "Zəngəzur dəhlizi üzrə Naxçıvanda dəmir yolu infrastrukturuna beynəlxalq tərəfdaşlar cəlb olunacaq"  |     19:53 Rüşvət alan meşə gözətçisi həbs olundu  |     19:46 İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb  |    

“Yüksəliş” müsabiqəsi Qarabağ Dirçəliş Fonduna kadr axtarışında kömək edəcək – FOTO

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev arasında görüş keçirilib.

Görüşdə tərəflər iki qurum arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə əsas müzakirə mövzusu adıçəkilən müsabiqənin iştirakçılarının məlumat bazasının Qarabağ Dirçəliş Fondu üçün potensial əməkdaşlar axtarışında istifadə edilməsi olub.

Görüş zamanı R.Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fond qarşısında qoyduğu məqsəd və vəzifələrdən danışıb, habelə iki qurum arasında mümkün əməkdaşlıq mövzusuna toxunub.

“Cənab Prezident dəfələrlə qeyd edib ki, ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri insan kapitalının inkişaf etdirilməsidir. “Yüksəliş” müsabiqəsi məhz bu məqsədə xidmət edir. Ona görə də biz əməkdaşlıq etməkdə maraqlıyıq.

Məsələn, yaxın vaxtlarda Fond komandamıza üzv olacaq namizədlərin axtarışı prosesinə başlayacaq. Yüksəkixtisaslı kadrların işə cəlb edilməsində həqiqətən maraqlı olduğumuz üçün “Yüksəliş” müsabiqəsinin mövcud məlumat bazasını və təcrübəsini öyrənmək istərdik”, – deyə R.Hacıyev bildirib.

Fərhad Hacıyev isə öz növbəsində, milli kadr ehtiyatının zənginləşdirilməsi və formalaşdırılması üçün mühüm vasitə olan “Yüksəliş” müsabiqəsinin məqsəd və vəzifələri, eləcə də gələcək planları barədə danışıb. O, həmçinin müsabiqədə ümumilikdə 10 minə yaxın insanın iştirak etdiyini diqqətə çatdırıb.

“Bu yaxınlarda müsabiqədə əyani mərhələ başa çatıb və bu mərhələnin yekunlarına əsasən 309 iştirakçı yarımfinala vəsiqə qazanıb. Biz müsabiqə iştirakçıları arasında olduqca yüksək rəqabətin şahidi oluruq: onların çoxu peşə keyfiyyətlərinə, dərin biliklərə, zəngin təcrübəyə və böyük idarəetmə potensialına malikdir. Müsabiqə iştirakçıları Azərbaycanın “qızıl” kadr ehtiyatını təşkil edirlər. Bunu nəzərə alaraq, təkcə yarımfinalçıların deyil, əyani mərhələnin bütün iştirakçılarının, yəni 700-dən çox insanın namizəd kimi nəzərdən keçirilməsini təklif edirik”, – deyə F.Hacıyev bildirib.

R.Hacıyevin sözlərinə görə, potensial əməkdaş axtarışı yalnız “Yüksəliş” müsabiqəsinin təklif etdiyi anketlərlə məhdudlaşmayacaq. O bildirib ki, istənilən perspektivli işaxtaran şəxs öz CV-sini info@qdf.gov.az elektron poçt ünvanına göndərməklə Fonda müraciət edə bilər. CV-lərə baxılacaq və uyğun olanlar diqqətə alınacaq.

R.Hacıyev bildirib ki, Fond Azərbaycan qanunvericiliyinə və öz daxili prosedurlarına uyğun qaydada təşkilati məsələləri həll etdikdən sonra müvafiq işaxtaranlar müsahibəyə dəvət ediləcək və işçi heyətinin tam formalaşdırılması prosesinə başlanılacaq.

“Hal-hazırda isə biz məlumat toplamaqla məşğuluq", - deyə o əlavə edib.

Görüş zamanı Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə yüksək intellekt səviyyəsinə və idarəetmə qabiliyyətinə malik olan perspektivli liderlərin üzə çıxarılması və dəstəklənməsi, ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin mühüm rolu və əhəmiyyəti də qeyd olunub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            657 16.03.21 20:16