Mojo.az Banner
21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə qadını ölümlə təhdid edən azərbaycanlıya hökm oxundu

16.03.2021 17:43 1 017
Türkiyədə qadını ölümlə təhdid edən azərbaycanlıya hökm oxundu
Türkiyənin sosial media seqmentində canlı yayımda etdiyi çıxışda Həcər Qaraağaca adlı qadına xitabən “Sonun Özgecan Aslan kimi olacaq” deyən Azərbaycan vətəndaşı Samir Balakişiyevin məhkəmə işi keçirilib.

Türkiyənin “Hürriyyət” nəşri xəbər verir ki, video sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra Kiber Cinayətlərə Qarşı Mübarizə İdarəsinin Virtual Patrul qrupları faktla bağlı əməliyyat başlayıb və Samir Balakişiyevi həbs edib.

Məhkəmədə Samir Balakişiyev təhdidləri şou yaratmaq və izləyici kütləsi yığmaq məqsədilə etdiyini, daha sonra isə etdiyi hərəkətə görə H.Qaraağacdan üzr istədiyini bildirib.

Məhkəmə Samir Balakişiyevə bir il üç ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarsa da, hökmün icrasını təxirə salıb.

Məhkəməyə qatılan H.Qaraağac müttəhimi bağışladığını və şikayətçi olmadığını açıqlayıb. Buna görə də şübhəli sərbəst buraxılıb.

Xatırladaq ki, Çağ Universitetinin 20 yaşlı tələbəsi Özgəcan Aslan 2015-ci ilin fevralın 11-də dərsdən evə qayıdarkən Mersin şəhərində marşrut sürücüsü tərəfindən təcavüzə uğrayaraq vəhşicəsinə qətlə yetirilmişdi.

Bu hadisə ölkə ictimaiyyəti tərəfindən böyük etirazla qarşılanmışdı.скачать dle 11.3
Mojo.az Banner