2020-ci ildə Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar səhiyyə xərclərinə 644 milyon manat yönəldib.
Bu barədə Baş Nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında danışıb.
O əlavə edib ki, ölkə prezidentinin sərəncamı ilə yaradılmış Koronavirusa Qarşı Mübarizə Fonduna 114 milyon manat vəsait toplanıb.