Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Media Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb

23.03.2020 21:38 2 145
Bakı Media Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb
Bakı Media Mərkəzi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Mərkəz COVİD-19-la mübarizəyə dəstək məqsədilə fonda 100 min manat məbləğində vəsait köçürüb.

Bakı Media Mərkəzi bildirir ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə dövlət başçısının çağırışına dəstək olaraq bundan sonra da üzərinə düşən sosial məsuliyyəti yerinə yetirəcək.

Xatırladaq ki, Bakı Media Mərkəzi dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq xüsusi video-çarxlar da hazırlayıb. Vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan bu sosial video-çarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.скачать dle 11.3

Son xəbərlər