Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda “atalarını söyən” şəxsi öldürüb yandıran iki qardaşın CƏZASI

13.03.2021 16:19 1 218
Bakıda “atalarını söyən” şəxsi öldürüb yandıran iki qardaşın CƏZASI
Bakı Apellyasiya Məhkəməsində qətl və quldurluqda təqsirləndirilən Xəyal və Tuqay Bayramovların barəsindəki hökmdən verilən şikayətə baxılıb. Qərara əsasən, şikayət təmin edilməyib və təqsirləndirlənlər barədə hökm dəyişdirilmədən saxlanılıb.

Median.Az
virtualaz.org-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tuqay Bayramov 19, Xəyal Bayramov 18 il müddətinə azadlıqdan məhrum olunublar.

Hadisə 2019-cu il noyabrın 23-də Bakının Nərimanov rayonu ərazisində baş verib.Gəncə şəhər sakinləri 1986-cı il təvəllüdlü Tuqay Bayramov və 1991-ci il təvəllüdlü Xəyal Bayramov Naxçıvan şəhər sakini, 1964-cü il təvəllüdlü Adəm Abdullayevi amansızlıqla qətlə yetiriblər.

Cinayət hadisəsini törətmək üçün qabaqcadan əlbir olan qardaşlar niyyətlərini həyata keçirmək üçün mətbəx bıçağı və dəmir parçası ilə silahlanıblar. Ceyhun Hacıbəyli küçəsi, 9 ünvanının qarşısında əvvəl küt alətlə, sonra isə bıçaqla Adəm Abdullayevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduqdan sonra cibindən mobil telefon, içərisində 1.000 manat pul və bank kartları olan pul qabını götürüblər. A.Abdullayevi Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi 1 ünvanındakı boş əraziyə gətirərək, daha iki zərbə vuraraq ölməsinə tam əmin olduqdan sonra törətdikləri cinayəti gizlətmək məqsədi ilə neft məhsulunu meyitin üzərinə töküb yandırıblar.

Təqsirləndirilən Tuqay Abbasov ifadəsində bildirib ki, hadisədən bir neçə gün əvvəl aralarında yaranan mübahisə zamanı Adəm onu təhqir edib. O, qardaşı Xəyala “bir nəfər var, atamızı söyüb, onu cəzalandırmaq lazımdır” deyib və cinayət hadisəsini həyata keçiriblər.

Məhkəmə, Tuqay Bayramov və Xəyal Bayramovun Cinayət Məcəlləsinin 120.2.1-ci,120. 2.4-cü, 120.2.11-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla və quldurluqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirli bilib.скачать dle 11.3
Mojo.az Banner