Mojo.az Banner
13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış vəkil məhkəmə zalında həbs edildi

13.03.2021 14:26 2 370
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
Dələduzluqda ittiham olunan tanınmış vəkil Ruhid Əkbərova hökm oxunub.

“Qafqazinfo”nun məlumatına görə, 13 saylı Vəkil Bürosunun vəkili Əkbərov Ruhid Rəşid oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Martın 11-də keçirilən sonuncu prosesdə hakim Azər Paşayevin hökmü ilə Ruhid Əkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı azadlıqda qalan vəkil məhkəmə zalında həbs edilib.

İstintaq dövründə R.Əkbərovun Vəkillər Kollegiyasına üzvlüyü saxlanılsa da, onun vəkil kimi fəaliyyəti dayandırılmışdı.

R.Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilir. O, iki vətəndaşa qarşı 50 min manatdan çox dələduzluqda ittiham edilir.

Məlumata görə, R.Əkbərov vətəndaşlardan onların yaxınlarının cinayət işi üzrə bəraət, yaxud digər yüngülləşdirici qərar verilməsinə nail olacağını vəd edərək külli miqdarda pul alıb.

Qeyd edək ki, R.Əkbərov daha öncə Ali Məhkəmədə məsləhətçi işləyib. Həmin zaman korrupsiya şəraiti yaradan hallara görə işdən uzaqlaşdırılıb.

Vəkillər Kollegiyasının üzvü olan Ruhid Əkbərov ictimaiyyətin diqqətində olan bir neçə işlərdə çıxış edib.

Sonuncu dəfə isə Türkiyədə saxlanılıb Azərbaycana ekstradisiya edilən tanınmış sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.скачать dle 11.3
Mojo.az Banner