Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilər müharibədəki məğlubiyyətlərinin səbəblərindən danışdılar

13.03.2021 13:15 837
Ermənilər müharibədəki məğlubiyyətlərinin səbəblərindən danışdılar
Rusiyanın “AİF” nəşri İkinci Qarabağ müharibəsinin yekunlarına dair Ermənistandan reportaj hazırlayıb. Məqalədə İrəvanda hazırda mövcud olan acınacaqlı durum əks olunub.

Müxbirin dindirdiyi yerli əhali və hərbçilər uduzduqları müharibə və onun fəsadları haqqında gileyləniblər.

Əlində iki barmağını itirən Armen Mnatsakanyan adlı hərbçi yaralanması anından danışarkən Ermənistan ordusunda hərcmərcliyin baş aldığını vurğulayıb:

“Biz heç döyüşə girməyə vaxt tapmadıq. Cəbhə xəttinə gəldiyim ikinci gündə silahdaşlarla postda oturub konyak içirdik. Birdən xırda vızıltı səsi gəldi və partlayış baş verdi. Hospitalda gözümü açanda bildirdilər ki, bu, PUA hücumu idi. Mən möcüzə nəticəsində sağ qaldım, iki dostum isə tikə-tikə oldu”.

Digər hərbçi, kapitan Suren Ter-Qukasyan acı məğlubiyyətin səbəbini erməni cəmiyyətində Birinci Qarabağ müharibəsindən qalan qalib eyforiyasında görür:

“Biz dəlilik etdik. Azərbaycanlılara qarşı asan qələbəmizin təsirindəydik. “Azərbaycanlılar vuruşmağı bacarır məyəm? Qoy gəlsinlər, bu dəfə Bakıya kimi gedəcəyik” və bu kimi zarafatcıl ifadələr səslənirdi. Bu da axırı...”

Məqalədə Azərbaycanın müharibəyə daha yaxşı hazırlaşdığı, müharibələrarası dövrdə Qarabağa qayıdışın milli ideya kimi formalaşması haqda, buna nəyin bahasına olursa-olsun nail olacaqlarına inamından söhbət açılıb.скачать dle 11.3
Mojo.az Banner