Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb |
Mojo.az Avto
Mojo.az Avto

İsrail jurnalisti erməni lobbisinin hücumlarına məruz qalır

12.03.2021 22:50 1 245
İsrail jurnalisti erməni lobbisinin hücumlarına məruz qalır
"Mənə hücumlar davam edir, bəzi məqalələrimin altında semitizm əleyhinə karikaturalar yerləşdirilib".

Bu barədə “Report”a müsahibəsində İsrail jurnalisti Rahil Avraam bildirib.

Rahil Avraamın sözlərinə görə, “Israil Hayom”da məqalələrinin nəşr edilməsindən sonra erməni yönlü qüvvələr tərəfindən ona qarşı təhqirlər başlayıb.

“Burada - İsraildə, erməni lobbisinin fəallığı artıb. Qüdsdəki İsrail Universitetinin ermənişünaslıq kafedrasının bir qrup professoru xaricdə erməni dilini öyrənən professorun iştirakı ilə məqalə dərc ediblər. Yazıda Ermənistanda antisemitizmin geniş yayılmasını ifşa edən bütün insanlar tənqid edilir və onlar Azərbaycan hökumətinin təbliğatçısı adlandırılırlar.

Əslində İsrail hökumətinin tərkibinə daxil olan İsrailin diasporunun işləri üzrə Nazirlik bildirib ki, son zamanlar Ermənistanda antisemitizmin əhval-ruhiyyəsi geniş yayılıb. Həmçinin Holokost memorialı dəfələrlə vandalizm aktlarına məruz qalıb, Ermənistan və İsrail dostluğu memorialı təhqir edilib" - jurnalist qeyd edib.

Rahil Avraamın sözlərinə görə, ona qarşı hücumlar ara vermir.

Son xəbərlər