Mojo.az Banner
16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail Ermənistanda antisemitizmin hökm sürməsi ilə əlaqədar həyəcan təbili çalır

17.02.2021 23:47 921
İsrail Ermənistanda antisemitizmin hökm sürməsi ilə əlaqədar həyəcan təbili çalır
İsrailin “JewishPress” portalı son zamanlar Ermənistanda antisemit əhval-ruhiyyənin hökm sürməsi fonunda yəhudi abidələrinə qarşı vandalizm faktlarının artması ilə əlaqədar məqalə yayıb. Məqalədə İsrailin rəsmi qurumlarının və ölkə ictimaiyyətinin xoşagəlməz hadisələrə reaksiyası əksini tapıb.

Məqalədə bildirilir ki, İsrailin Diaspor İşləri üzrə Nazirliyinin 2020-ci ilin yekunlarına dair hesabatında ikinci Qarabağ müharibəsindən sonra Ermənistanda antisemitizm ruhunda çıxışların artması qeyd olunur.

“Rəsmilər və erməni cəmiyyəti tərəfindən həyata keçirilən antisemit hücumlarda İsrail dövlətinin və yəhudi xalqının tarixən erməni xalqına və dininə qarşı cinayətlər törətdiyi iddia olunur. Qarabağdakı müharibədən sonra belə hücumların sayı indiyədək görünməyən həddə çatıb. Ermənistan mediasında İsrailin Azərbaycana silah satışının yerli əhali arasında böyük qəzəbə səbəb olduğu və bununla əlaqədar ölkədə antisemit şüarların səsləndirildiyi nümayişlərin keçirildiyi bildirilir. İş o həddə çatıb ki, Ermənistanın baş naziri də İsraili Qarabağda guya erməni soyqırımına dəstək verməkdə günahlandırıb”, - deyə hesabatda bildirilir.

Həmçinin hesabatda Ermənistanın əksinə olaraq, Azərbaycanda plüralizmin, multikulturalizmin, dini dözümlülük və tolerantlığın dövlət siyasəti səviyyəsində olduğu qeyd edilir.

“2020-ci il ərzində Azərbycanda heç bir antisemit əhval-ruhiyyəli insident qeydə alınmayıb. Hərçənd ki, pandemiya bir çox dünya ölkələrində antisemitizmi daha da gücləndirib. Əksinə, Qarabağ müharibəsindəki qələbədən sonra azərbaycanlılar bütün ölkə boyu İsrail bayrağını dalğalandırıblar”, - deyə sənəddə bildirilir.

Məqalədə qeyd olunur ki, bu yaxınlarda İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış “Yaşamaq və unutmamaq” adlı memorial abidənin təhqir olunması Dünya Yəhudi Konqresi tərəfindən pislənilib. Konqresin yaydığı bəyanatda bildirilib ki, İrəvanındakı Holokost memorialının mənfur antisemit qrafiti ilə cızmaqara edildiyini görmək çox dəhşətlidir.

Həmçinin yazıda ravin Zamir İsayevin də sözügedən faktla bağlı “Twitter” sosial şəbəkəsində etirazını bildirməsi öz əksini tapıb:

“Bu nə biabırçılıqdır. İrəvanda Holokost qurbanlarının abidəsi alçaldılıb. Ermənilər Holokost memorialının təhqir edilməsini İsrailin Azərbaycana silah satması ilə necə əsaslandıra bilər axı? Bu kiməsə abidəni ləkələmək hüququ verirmi?”, - deyə ravin qeyd edib.скачать dle 11.3
Mojo.az Banner