Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyəli nazir Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətindən danışıb

11.03.2021 22:48 1 536
Türkiyəli nazir Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətindən danışıb
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkildikdən sonra Pekinin orta dəhlizindən Böyük Britaniyanın paytaxtı Londona fasiləsiz nəqliyyat şəbəkəsi təmin edilib. Çin, Rusiya və Avropaya gedən qatarlarımız durmadan fəaliyyət göstərir. Burada həm Bakı-Tbilisi-Qars xətti, həm də “Marmaray” çox vacib funksiyaya xidmət edir”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Yaxın günlərdə Ankara ilə Sivas arasında sürətli qatar xəttinin istifadəyə veriləcəyini deyən nazir bu istiqamətdə son sınaqların aparıldığını qeyd edib.

O, bildirib ki, pandemiya dövründə ilk üç ay istər quru, istəsə də hava nəqliyyatında tamamilə durğunluq yaşanıb.

Sonradan normallaşma qaydaları ilə nəqliyyat sisteminin işə salınmasına baxmayaraq, sərnişin sayı yetərli qədər deyil.

Son xəbərlər