Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 92 yaşlı qadını maşın vurdu

10.03.2021 11:45 2 532
Bakıda 92 yaşlı qadını maşın vurdu
Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı yaşlı qadın xəsarət alıb.

APA xəbər verir ki, qəza Akim Abbasov küçəsində baş verib.

1929-cu il təvəllüdlü Allahyarova Xalidə Səftər qızı yolu piyadaların keçidi üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti nisbətən yüngüldür.

Fakt araşdırılır.

Son xəbərlər