Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Röya ilk dəfə anası ilə şəklini paylaşdı: “Bu arzuma çatmışam” - FOTO

08.03.2021 12:43 2 757
Röya ilk dəfə anası ilə şəklini paylaşdı: “Bu arzuma çatmışam” - FOTO
Xalq artisti Röya sosial şəbəkədə anası ilə fotolarını paylaşıb.

Fotonun paylaşılma səbəbi 8 Mart Beynəlxalq Qadınlar Günüdür.

Röya fotonu belə şərh edib:

“Mən ilk dəfədir, anamla şəklimi paylaşıram. Anam Azərbaycan Dillər Universitetinin məzunudur, ingilis dili müəllimidir. Gözümüzü açandan o həm çalışıb, həm də bizə baxıb, böyüdüb.

İngilis dili müəllimi olmasına baxmayaraq, günün ikinci yarısı məni, yaxud bacımı götürüb təmizləyəcəyi evlərə gedərdi. Həmin insanların paltarlarını gətirib yuyub, ütüləyib geri aparardıq. Yəni, anam bütün bu əziyyətləri keçmiş bir qadındır.

Demək istəyirəm ki, artıq 10 yaşım olanda onunla işləyib pul qazanırdım. Beşmərtəbəli binada yaşayırdıq, birinci mərtəbədən beşinciyə kimi qonşularımıza biskvit satırdım. Anamın rəfiqəsinin dükanı var idi, şirniyyatları o gətizdirirdi. Bu işi də anama həvalə etmişdi ki, satıb pul qazansın. O vaxtdan söz verdim ki, ana, səni o qədər xoşbəxt edəcəyəm ki, heç kəsə möhtac qalmayasan, öz evin olacaq, kirayədə qalmayacaqsan. Demişdim ki, anama qulluq edəcəklər, onunla maraqlanacaqlar. Və bu arzuma çatmışam!

Anam kimi yüzlərlə belə zəhmətkeş xanım var. Bütün qadınlara arzularının çin olmasını diləyirəm. Qız övladları daim analarının yanında olsun, onlar üçün yaşasın. Heç bir çətinlikdən qorxmayın, problemin həllini intiharda görməyin! Hər birimiz ağır günlər keçirmişik. Amma arzular insanı məqsədinə qədər aparır. Arzularınız tükənməsin!

Anamın simasında bütün anaları, qadınları 8 Mart bayramı münasibətilə təbrik edirəm!”





скачать dle 11.3
Mojo.az Banner