Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bacısının şəklini sosial şəbəkədə görən gənc dəliyə döndü - TƏFƏRRÜAT

04.03.2021 23:55 1 035
Bacısının şəklini sosial şəbəkədə görən gənc dəliyə döndü - TƏFƏRRÜAT
Qusar rayonunda cinayət törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, Elnur Abdullayev 11 iyul 2018-ci il tarixdə sosial şəbəkədə əvvəllər tanıdığı həmyerlisi Mühür Mühürovun onun bacısı Diana ilə birlikdə çəkdirdiyi şəkli görüb.

O, həmin gün gecə saat 3 radələrində Mühür Mühürovu Qusar rayonunda olan evinin qarşısına görüşə çağırıb. Görüş zamanı Mühürdən bacısı Diana ilə münasibətləri kəsməyi tələb edib.

Mühür isə Diana ilə bir-birlərini sevdiklərini və münasibətlərini kəsməyəcəyini bildirib. Onların aralarında mübahisə yaranıb. Elnur üstündəki bıçaqla Mühür Mühürovun qarın nahiyəsinə zərbə vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən şəxs isə həbs edilib.

İstintaq orqanı tərəfindən Elnur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Abdullayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elnur Abdullayev apellyasiya şikayəti verib və barəsində şərti cəza istəyib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi kollegiyada baxılıb.

Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib, Elnur Abdullayevin cəzası 8 aya endirilib.

Elnur Abdullayevin cəzasının əvvəli 2018-ci il iyulun 12-dən hesablanıb. Belə olan halda o, cəzasını başa çatmış hesab olunub və cəza çəkmə yerindən azadlığa buraxılıb.

Məhkəmənin Elnur Abdullayevə ağır cinayət törətməsinə baxmayaraq güzəşt etməsinə səbəb işdə şikayətçinin olmaması olub.

Elnur Abdullayev həbsdə olduğu müddətdə Diana ailə qurub.
скачать dle 11.3
Mojo.az Banner