Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

OPEK+ aprel üzrə neft hasilatını əvvəlki həcmdə saxladı

04.03.2021 23:21 1 560
OPEK+ aprel üzrə neft hasilatını əvvəlki həcmdə saxladı
OPEK+ nazirləri Rusiya və Qazaxstan istisna olmaqla, bütün iştirakçı ölkələrin aprel ayı üzrə neft hasilatını mövcud səviyyədə saxlaması barədə qərar qəbul edib.

TASS xəbər verir ki, yalnız Rusiya növbəti ayda gündəlik hasilatı 130 min barel, Qazaxıstan isə 20 min barel artıra biləcək.

Qeyd edək ki, bu xəbər fonunda dünya bazarlarında Brent markalı neftin qiyməti 4% artaraq 67 dollar/barelə çatıb.

Son xəbərlər