Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

40 illik su anbarı qəzalı vəziyyətdən çıxarılır - VİDEO

02.03.2021 13:17 3 105
40 illik su anbarı qəzalı vəziyyətdən çıxarılır - VİDEO
Ölkənin ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” SES-in su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

“Azərenerji” ASC-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, su anbarı qəzalı vəziyyətdən çıxarılır.

Qeyd edilib ki, 40 il əvvəl tikilən qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşüb. Ötən ildən başlayaraq sutullayıcı qurğuda təmir işlərinə başlanılıb. Hazırda qurğunun giriş başlığında, hər 3 tunellin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama, təmir işləri aparılır və işin 90 faizi görülüb. İşlərin bu ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulub.

Bununla yanaşı “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb. Planlaşdırılan işlər çərçivəsində su elektrik stansiyasının açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması nəzərdə tutulub.скачать dle 11.3
Mojo.az Banner