 
		
		
		Bu gündən etibarən Bakıda keçiriləcək “Formula-1” yarışı üçün media akkreditasiyası başlayıb. 
Media nümayəndələri üçün akkreditasiya prosesi 20 martadək davam edəcək. 
Qeydiyyat onlayn formada Bakı Şəhər Halqasının rəsmi internet səhifəsi vasitəsilə keçiriləcək. 
Qeyd edək ki, bu il 4-6 iyun tarixlərində Bakıda “Formula-1” yarışının keçirilməsi nəzərdə tutulub.