Mojo.az Banner
21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

AAYDA: Zəfər yolu 2 ay ərzində genişləndirildi

27.02.2021 13:49 3 931
AAYDA: Zəfər yolu 2 ay ərzində genişləndirildi
Qarabağda ilk infrastruktur layihəsi yolların çəkilməsi ilə başlayıb.

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Anar Nəcəfli AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib.

Onun sözlərinə görə, Qarabağa yol çəkilmədən həmin ərazilərdə hər hansı digər layihələri həyata keçirmək mümkün deyil:

“Füzulidən Şuşaya qədər olan yolun çəkilişinə başlanılıb. Qarabağın gələcək inkişaf potensialı nəzərə alınır. İstər turizm, istər sənaye potensialı nəzərə alınaraq, müasir, birinci texniki dərəcəli yol çəkiləcək. Həmin magistral yolun gələn ilin ikinci yarısına təhvil verilməsi planlaşdırılır.

Bundan əlavə Azərbaycan ordusunun Şuşanı azad etmək üçün getdiyi Zəfər yolu 2 ay ərzində genişləndirildi. Hazırda həmin yoldan gediş-gəliş var. Sentyabr ayında artıq o yola tam asfalt örtüyü çəkiləcək və daha rahat gediş-gəliş təmin olunacaq. Həmin yolun Xocavənd, Şuşa ərazisi, eləcə də Topxana meşəsi çətin relyefi olan yerlərdir. O ərazilərdə sıldırım qayalar var ki, ehtiyac yaranarsa bəziləri partladılacaq. Fikirləşirik ki, bir neçə tunel vasitəsilə dağların altından keçidlər olacaq”.скачать dle 11.3
Mojo.az Banner