Mojo.az Banner
12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qaradağda baş verən zəncirvari qəza ilə bağlı cinayət işi başlandı - RƏSMİ

24.02.2021 17:00 1 842
Qaradağda baş verən zəncirvari qəza ilə bağlı cinayət işi başlandı - RƏSMİ
Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən elan olunan xəbərdarlıqlara bəzi sürücülər tərəfindən əhəmiyyət verilməməsinin nəticəsidir ki, bu gün səhər saat 8 radələrində ağır yol-nəqliyyat hadisəsi baş verib. Əsas səbəb yolların qarlı və buzlu olduğu bir vaxtda təcrübəsiz və diqqətsiz sürücülərin hava şəraitinə uyğun sürət həddini seçməmələri olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb.

“Qəzadan sonra qeyd olunan ərazidə qısamüddətli tıxac yaransa da, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının operativ gördükləri tədbirlər nəticəsində yolda hərəkət tam bərpa edilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır, zəruri tədbirlər həyata keçirilir.

Odur ki, bir daha nəqliyyat vasitələrinin sahiblərinə, sürücülərə müraciət edərək onları əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıq”, - məlumatda qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner