Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 5 nəfərin öldüyü dəhşətli olayın təfərrüatları üzə çıxdı - VİDEO

24.02.2021 14:24 876
Bakıda 5 nəfərin öldüyü dəhşətli olayın təfərrüatları üzə çıxdı - VİDEO
Biri tələbə, biri şagird, 2 qonaq. Qaldıqları evdə dəm qazı onların həyatına vaxtsız son qoydu. Bu gün baş verən hadisə hər kəsi üzdü. Bakıda, Badamdar qəsəbəsində qazdan boğularaq ölənlərdən biri isə evi təmir edən usta olub.

Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb. Hadisə səbail rayonu, badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ərazisində yerləşən evlərin birində baş verib.

Dünyasını dəyişən şəxslərdən Lətif Əliyev Azərbaycan Texniki Universitetinin tələbəsidir. Onun qardaşı Atilla Əliyev isə 11 ci sinifdə oxuyub. Şikar və İnkişaf Allahverdiyev qardaşları isə evə qonaq gəliblər, onların da tələbə olduğu bildirilir. Dəm qazından boğulan Natiq Səfərov isə həmin evdə usta işləyib.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib. Faktla bağlı cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner