Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İctimai nəqliyyat işləmir, bayram yarmarkalarının günü dəyişəcəkmi? - Açıqlama

22.02.2021 14:09 1 041
İctimai nəqliyyat işləmir, bayram yarmarkalarının günü dəyişəcəkmi? - Açıqlama
Ötən həftə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən "Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olundu. Lakin bəzi vətəndaşlar həftəsonları ictimai nəqliyyat işləmədiyi üçün yarmarkalara gedə bilmədiklərindən şikayətlənirlər.

Nəzərə alaq ki, müəyyən qism vətəndaşlar yarmarkalara uzaq yol qət edərək gəlir. Maraqlıdır, həftəsonları ictimai nəqliyyatın işləməməsi nəzərə alınaraq yarmarkaların həftəiçi keçirilməsi mümkündürmü?

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev Sfera.az-a açıqlamasında həftəsonu keçirildiyinə baxmayaraq, yarmarkalara marağın az olmadığını bildirib:

"Əvvəllər yarmarkalar yalnız şənbə və bazar günləri təşkil edilirdi. Lakin indi həftəsonları ictimai nəqliyyat vasitələrinin işləmədiyini nəzərə alaraq, həftənin cümə günü də yarmarka fəaliyyət göstərdi. Qeyd edim ki, həmin gün də, həftəsonu da kifayət qədər alıcı var idi. Alıcı kasadlığı yaşanmadı”.

Qurum rəsmisi qeyd edib ki, yarmarkalar növbəti həftə də eyni günlərdə olacaq: "Həmçinin nəzərdə tutulub ki, "Gənclik”dəki yarmarka növbəti həftə fasiləsiz olaraq, 10 gün davam etsin. Yəni, fevralın 26-sından martın 7-nə qədər. Bu baxımdan vətəndaşlar həmin yarmarkalardan yararlana bilərlər”.
Xatırladaq ki, "Kənddən Şəhərə” yarmarkalarında birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir.
"Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41Aскачать dle 11.3
Mojo.az Banner