Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan vətəndaşları hazırda hansı ölkələrə səfər edə bilirlər?

20.02.2021 15:38 2 253
Azərbaycan vətəndaşları hazırda hansı ölkələrə səfər edə bilirlər?
Azərbaycan vətəndaşlarının Türkiyəyə hazırkı vəziyyətdə etdiyi səfərlər daha çox müalicəvi və işgüzar məqsədlər daşıyır.

Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, pandemiya səbəbindən sərhədlər bağlandığı üçün 2020-ci ilin mart ayından iyul ayına qədər heç bir istiqamətə səfər etmək mümkün olmayıb:

“İlk uçuşlar məhz qardaş Türkiyəyə açıldı. Bu uçuşlar xüsusi reyslər olsa da, hər zaman olduğu kimi bizim vətəndaşlar üçün ən populyar istiqamət olaraq qalır”.

G.Qəhrəmanov qeyd edib ki, hazırda Bakıdan İstanbula, Ankaraya və İzmir şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir. Bu şəhərlərdən də Türkiyənin istənilən şəhərinə səfər etmək imkanı var. O, yay aylarında Antalya və Bodrum istiqamətlərinə də birbaşa uçuşların başlayacağına ümid etdiyini söyləyib:

“Bu aydan etibarən Rusiyaya Azərbaycan vətəndaşları səfər edə bilərlər. Bunun üçün COVİD-19 testinin neqativ olması kifayətdir, əlavə icazələrin alınmasına artıq ehtiyac yoxdur. Bir ilə yaxındır ki, vətəndaşlarımızın Rusiyaya səfər etməsi yalnız xüsusi icazələr və ya yaxın qohumluq əlaqələri nəticəsində mümkün olurdu. Bu aydan etibarən bu qadağalar aradan qaldırılıb. Bu istiqamətdə də canlanma müşahidə olunur”.

G.Qəhrəmanov hazırda Belarusun Minsk şəhərinə də uçuşların olduğunu nəzərə çatdırıb. Assosiasiya sədrinin sözlərinə görə, COVİD-19 testi neqativ çıxmış vətəndaşların Minsk şəhərinə səfər etmək imkanı var:

“Lakin qeyd etmək istəyirəm ki, COVİD-19 pandemiyası səbəbindən bir çox istiqamətlərə uçuşlar hələ də bağlı olaraq qalır və bu vəziyyət bir müddət davam edəcək. Bu da turizm sektorunun tam işə başlamasında çətinliklər yaradır”.скачать dle 11.3
Mojo.az Banner