Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Konstantinopolu türklərin dağıtdığını deyən Jirinovskiyə Putindən cavab: “Unutmayaq ki...”

19.02.2021 21:56 2 019
Konstantinopolu türklərin dağıtdığını deyən Jirinovskiyə Putindən cavab: “Unutmayaq ki...”
Rusiyada Dumada təmsil olunan fraksiya liderləri ilə onlayn görüşdə Vladimir Putinlə Liberal Demokrat partiyasının türkoloq lideri Vladimir Jirinovski arasında maraqlı dialoq olub.

Bu barədə görüşün Kremlin rəsmi saytında yayılan mətnində qeyd edilir.

Belə ki, Jirinovski xarici qüvvələrin müdaxiləsi mövzusundan danışan zaman Rusiyanın 988-ci ildə xristianlığın Bizans qolunu qəbul etdiyini xatırladıb və deyib ki, əvvəl kilsələr birləşdi, o zaman ayrılacağını bilmirdik.

İkinci, ortodoks, yəni Kanstantinopol xristian dünyasının ən varlısı, ən güclüsüydü, ancaq Şərqdən türklər gəldi və 1453-cü ildə Kanstantinopolu, her şeyi ələ keçirdilər, hər şey dağıldı və biz tək qaldıq:

“Biz katolik və ya xristian deyilik. Xristian dünyasında yetim qaldıq. Onların dünyasında yad olduq”.

Putin isə cavab olaraq deyib: “Əlbəttə, Türkiyə daxil, Şərq məsələsində savadlı alimsiniz. Şərqdən türklər gəldi, Ortodoks imperatorluğunu yıxdı deyirsiniz. Amma çox yaxşı bilirsiniz ki, Şərqdən türklər gəlməzdən əvvəl Qərbdən səlibçilər gəldi, bu da Ortodoks imperatorluğunu zəiflətdi. Daha sonra isə son zərbələr endirildi və ələ keçirildi. Bu tarixi hadisəni əsla unutmamalıyıq”.скачать dle 11.3
Mojo.az Banner