23:01 "Reuters": Şəkərin qiyməti son illərin ən aşağı səviyyəsinə enib  |     22:46 Gəncədə tələbələr dəm qazından zəhərləndilər  |     22:37 Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir  |     22:15 Dünyaşöhrətli boksçu Pakyaoya vəzifə verildi  |     22:09 Roma Papası Türkiyəyə səfər edəcək  |     22:08 “Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı  |     22:00 Göygöldə fermadan heyvanların oğurlanması ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB  |     21:57 Oktyabrın sonunda yalnız bir bürcü UĞUR GÖZLƏYİR  |     21:52 İsraildə son iki ildə ilk dəfə fövqəladə vəziyyət ləğv edildi  |     21:48 COVID-19 qayıdır: Türkiyədə "Frankenşteyn" variantı aşkarlandı  |     21:30 Bu dərmanlar pulsuz veriləcək  |     21:20 “Zəfər” şahmat turniri keçirildi - Fotolar  |     21:03 "Xanımıma o qədər əziyyət vermişəm ki..."  |     20:48 Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə - Hökm oxundu  |     20:20 Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     20:13 Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - ŞOK SİYAHI  |     20:07 Süni İntellekt üzrə Milli Mərkəz yaradırlar  |     19:50 Rəşad Dağlı əməliyyat olundu  |     19:46 Binadan yıxılıb ölən Kəmalənin - Fotosu  |     19:30 Səxavət Məmmədov kimdir? - Ölümünü yuxusunda görən sənətkar  |    

AQTA sahibkarlara xəbərdarlıq etdi: Monitorinqlər davam edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrində həyata keçirdiyi monitorinqlər ilə bağlı son dövrlər səsləndirilən fikirlərə aydınlıq gətirib.

AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva bildirilib ki, 18 avqust tarixindən etibarən AQTA və aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə müəssisələrində gündəlik monitorinqlər həyata keçirilir:

“AQTA tərəfindən indiyədək respublika üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində 56388 monitorinq keçirilib, sözügedən müəssisələrdə maarifləndirmə və nəzarət tədbirləri aparılıb. Ölkə üzrə fəaliyyət göstərən 11086 ictimai iaşə müəssisəsində sıxlıq normalarını əks etdirən lövhələrin yerləşdirilməsinə, 6745 ictimai iaşə müəssisəsində isə karantin tədbirlərinin icrasına məsul şəxslərin təyin edilməsinə nail olunub.

Sahibkarların bu sahədə mövcud tələblər barədə məlumatlandırılması məqsədilə genişmiqyaslı maarifləndirmə işləri həyata keçirilib. Lakin görülən bütün tədbirlərə baxmayaraq keçirilən monitorinqlər zamanı hələ də qaydaları kobud şəkildə pozan sahibkarlıq subyektlərinə rast gəlmək olur.

Bəzi kafe və restoranlarda xəbərdarlıqlara məhəl qoymadan adambaşına müəyyən edilən sıxlıq normalarına əməl edilməməsi, masalar və oturacaqlar arası məsafənin tələblərinin pozulması, məsul şəxslərin təyin edilməməsi, bir masa ətrafında altı nəfərdən çox şəxsin əyləşməsi ilə korporativ tədbirlərin keçirilməsi halları qeydə alınıb”.

“Əfsuslar olsun ki, bəzi kütləvi informasiya vasitələrində ictimai iaşə müəssisələrinin karantin rejimi dövründə əsassız cərimələnməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanır.

İddia olunur ki, agentliyinin müfəttişləri tərəfindən eyni masa arxasında əyləşən ailə üzvlərinin qaydalara əməl etməməsi əsas gətirilərək sahibkarlıq subyekti barədə inzibati cərimələr tətbiq edilir. Nəzərinizə çatdıraq ki, bu kimi məlumatlar tamamilə reallıqdan kənardır və həqiqətləri əks etdirmir.

Agentik tərəfindən qanunvericilikdə nəzərdə tutulan tələblərə və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl edilmədiyi hallarda sahibkarlıq subyektləri barədə cərimələr tətbiq edilir.

AQTA və aidiyyəti qurumların həyata keçirdiyi reydlər zamanı məqsəd sahibkarlara qarşı cərimələrin tətbiqi deyil, yenidən sərt karantin rejiminə keçməyi zəruri edəcək vəziyyətin yaranmasının, yoluxma hallarının sürətlə artmasının qarşısının alınmasıdır.

Onu da qeyd edim ki, ictimai iaşə müəssisələrində monitorinqlər bundan sonra da davam etdiriləcək və qaydalara əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”, - deyə A.Fərzəliyeva bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 088 19.02.21 12:35