Mojo.az Banner
18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətən müharibəsi iştirakçısı Masallı icra hakimiyyətində şöbə müdiri təyin edilib

17.02.2021 22:31 1 014
Vətən müharibəsi iştirakçısı Masallı icra hakimiyyətində şöbə müdiri təyin edilib
Masallı rayonunun İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı təyinat alıb.

"Report" xəbər verir ki, Qəşəm Hamil oğlu Hadıyev Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Qəşəm Hadıyev 1979-cu ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1985-1996-cı illərdə Şərəfə kənd tam orta məktəbində orta təhsil alıb, 1997-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakültəsini bakalavr dərəcəsi üzrə bitirib.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Ağdərə-Suqovuşan istiqamələrtində gedən döyüşlərdə yaxından iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə leytenant Qəşəm Hamil oğlu Hadıyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi verilib.

Ailəlidir, 3 övladı var.скачать dle 11.3
Mojo.az Banner