Mojo.az Banner
19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur gitaraçı: “Siz gedib Rəmişlə görüşün, mənim bundan vacib işlərim var” – VİDEO

17.02.2021 22:06 1 881
Məşhur gitaraçı: “Siz gedib Rəmişlə görüşün, mənim bundan vacib işlərim var” – VİDEO
ARB TV-nin “Elgizlə İzlə” verilişinin növbəti qonağı gitara ifaçısı Rəhman Məmmədli olub.

İfaçı, Xalq artisti Rəmiş (Rafiq Hüseynov) haqqında söylədiyi fikrə aydınlıq gətirib:

“Mənə zəng vurub müsahibə üçün çağırdılar. Getdim. Dedilər ki, Rəmişi ziyarətə gedirik, bizimlə gələrsiniz? Dedim, axı o, reanimasiyadadır, yanına buraxmazlar. Dedilər, biz icazə alacağıq. Mən də razılaşdım, getdim. Tıxaca görə iki saata xəstəxanaya çatdıq. Ora iki gitaraçı gəldi, Rəmişin pəncərəsi önündə ifa etməyə başladılar. Bir saatdan da çox zamanım orada getdi. Mən də dedim ki, bura baxın, üç saat vaxtım itdi, mən bu qədər bekar adamam? Siz gedib Rəmişlə görüşün. Mənim bundan da vacib işlərim var”.

Gitaraçı, Rafiq Hüseynovun Rəmiş fenomeni yaratdığını da etiraf edib:

“Allah Rəmişə şəfa versin. Azərbaycana gitaranı o gətirib. Bu, danılmazdır. Müxtəlif ölkələrdə gitaramla ifa etmişəm, amma Rəhman fenomeni yaratmamışam. Lakin Rəmiş fenomeni var. Bir dəfə hətta, yolda balaca uşaqlar məni işarə edərək,“bax, Rəmiş” deyə göstərdilər”.
скачать dle 11.3
Mojo.az Banner