Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropa hidrogen sektorunun liderinə çevrilir

17.02.2021 21:11 1 152
Avropa hidrogen sektorunun liderinə çevrilir
Dünyada nəzərdə tutulan hidrogen layihələrinin əksəriyyəti, habelə bu sahəyə yönələcək sərmayələrin böyük əksəriyyəti Avropanın payına düşəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, “Hidrogen Şurası” (Hydrogen Council) işgüzar qrupunun “McKinsey” şirkətilə birgə hazırladığı hesabata əsasən, Avropa İttifaqı (Aİ) 2050-ci ilədək istilik qazının tullantılarını azaltmaq hədəfinin mühüm hissəsini hidrogen sənayesi hesabına yerinə yetirəcək və bu da cari onillik ərzində elektroliz (elektrik cərəyanı ilə müxtəlif maddələrdən hidrogen əldə etmək üsulu) qurğularının məcmu gücünü hazırkı 0,1 gVt-dan 40 gVt-a çatdırmağı nəzərdə tutur.

Aİ polad sənayesi, ağır nəqliyyat və kimyəvi maddələr sahəsində karbon qazı tullantılarını sürətlə azaltmağı qarşıya məqsəd qoyub. Hesabata görə, dünyada indiyədək açıqlanmış 228 hidrogen layihəsinin 126-sı (yarıdan çoxu) Avropanın payına düşür və əksəriyyəti də 2030-cu ilədək işə salınacaq. Bunlar daha çox bərpa olunan hidrogen texnologiyalarına, həmçinin yeraltı yanacaqdan əldə ediləcək hidrogenə əsaslanır. Sənəddə göstərilir ki, nəzərdə tutulan bütün layihələr icra olunarsa, cari onillikdə hidrogen sektoruna yatırılacaq məcmu sərmayələr 300 milyard ABŞ dollarından artıq olacaq ki, bu da enerji sektoruna yönələn sərmayələrin 1,4 faizi deməkdir. Həmin məbləğin 45 faizi də Avropanın payına düşəcək.

Hidrogen Şurasının icraçı direktoru Darril Uilson Avropanın hidrogen layihələrinə hamıdan əvvəl sərmayə yatırmağa başladıqlarını, habelə karbon neytrallığı siyasətini xatırladaraq regionun liderliyini bununla izah edib. Şuranın üzvü olan “Royal Dutch Shell Plc.”, BMW, “Microsoft Corp” və “Sinopec” kimi nüfuzlu işgüzar vahidlər 2025-ci ilədək hidrogen sektoruna yatırım həcmini 2019-cu ilə nisbətən 6 dəfə artırmağı hədəfləyir.

Sənəddə həmçinin lazımi miqdarda hidrogen istehsalının, ötürmə və saxlama infrastrukturunu yaratmağın, müvafiq bərpa olunan enerji təsisatlarını artırmağın çətinlikləri də sadalanır. Hərçənd bu hədəflər həyata keçərsə, Yaxın Şərq və s. ucuz bərpa olunan enerji mənbələrinin bol olduğu regionlarda yeraltı yanacaq mənbələrilə bərabərliyə nail olmaq mümkün ola bilər.

Xatırladaq ki, Aİ 2030-cu ilədək neft-qaz idxalını 25 faizdən artıq azaltmağı qarşıya məqsəd qoyub.
скачать dle 11.3
Mojo.az Banner