Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün sənəd qəbuluna başlanılıb

17.02.2021 20:06 1 470
Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün sənəd qəbuluna başlanılıb
Fevralın 17-dən etibarən mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş müsabiqəyə sənədlərin qəbuluna başlanılıb.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə ilə bağlı sahibkarlıq subyektlərinin məlumatlandırılması və onları maraqlandıran sualların cavablandırılması üçün KOBİA tərəfindən məlumatlandırıcı vebinar keçirilib. 150-yə yaxın KOB subyektinin iştirakı ilə təşkil olunmuş vebinarda KOBİA-nın əməkdaşları Natiq Heydərov və Elməddin Hacıyev tərəfindən müsabiqənin şərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimat keçirilib, KOB subyektlərinin çoxsaylı sualları cavablandırılıb. Məlumat verilib ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə KOB-ların inkişafı üçün təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manat həcmindədir.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları, eləcə də digər məlumatları Agentliyin saytında bu məqsədlə yaradılmış xüsusi bölmədən əldə edə bilərlər. Müsabiqəyə sənədlər birbaşa və ya elektron formada təqdim oluna bilər. Sənəd qəbulu martın 18-dək davam edəcək. Müsabiqənin nəticələri isə 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək.

Vebinar zamanı müsabiqəyə təqdim ediləcək müvafiq sənədlərin hazırlanması üçün Agentliyin KOB inkişafı mərkəzləri (KOBİM-lər) tərəfindən KOB subyektlərinə köməklik göstəriləcəyi bildirilib. Belə ki, müsabiqəyə təqdim ediləcək sənədlərin hazırlanması prosesində dəstəyə ehtiyacı olan KOB subyektləri KOBİM-lərin ödənişsiz informasiya, məsləhət və təlim xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, müsabiqəyə təqdim olunacaq layihələrin qiymtələndirilməsi zamanı layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcək.



скачать dle 11.3
Mojo.az Banner