Mojo.az Banner
19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan patriarxı Azərbaycana təşəkkür edib

17.02.2021 13:16 1 020
Gürcüstan patriarxı Azərbaycana təşəkkür edib
Gürcüstanın patriarx-katalikosu II İlya və “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov arasında görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə patriarxlıqdan bildirilib.

Görüşdə əməkdaşlıq məsələsi müzakirə olunub. II İlya beş il ərzində “SOCAR Energy Georgia” şirkətinin patriarxlığa göstərdiyi dəstəyə görə təşəkkür edib.

Gürcüstan patriarxlığının baş keşişi Giorgi Zviadadze bildirib ki, görüşdə əsas diqqət iki dövlət və xalq arasında ikitərəfli münasibətlərə yönəldilib. O, bu münasibətlərin qarşılıqlı hörmətə əsaslandığını qeyd edib: “Azərbaycan Dövlət Neft Şirkəti beş il bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Gürcüstandakı kilsələrin istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsi üzrə layihəyə başlayıb. Bu proqram 35 yeparxiyanın təxminən 650 kilsə və monastrını əhatə edir”.

G.Zviadadze deyib ki, görüşdə M.Məmmədov Gürcüstan patriarxına Azərbaycan və gürcü xalqları və dövlətləri arasında mövcud dost və yaxın münasibətlərin möhkəmləndirilməsinə görə minnətdarlıq edib.

Xatırladaq ki, Gürcüstan patriarxlığı və “SOCAR Energy Georgia” arasında əməkdaşlıq haqqında memorandum 2014-cü ilin noyabrında imzalanıb.скачать dle 11.3
Mojo.az Banner