Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev: “Bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar”

15.02.2021 19:20 912
Hikmət Hacıyev: “Bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar”
Azərbaycan yalnız ölkə daxilində deyil, eyni zamanda qlobal səviyyədə də koronavirusla mübarizəyə mühüm töhfə verir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçkisi Hikmət Hacıyev “COVİD-19 pandemiyasının və vaksinasiyanın geopolitikası” adlı konfransda deyib.

H.Hacıyev vurğulayıb ki, BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü məhz Prezident İlham Əliyev tərəfindən irəli sürüldü və biz çox şadıq ki, bu təşəbbüs dəstəkləndi.

PA rəsmisi bildirib ki, Azərbaycan bu gün də özünün qlobal səviyyədə dəstəyini göstərir.

Vaksinasiya haqqında danışan H.Hacıyev vurğulayıb ki, bir sıra ölkələr, o cümlədən Azərbaycan vaksinasiyanı tətbiq etməyə başlayıb: “Azərbaycanda vaksinasiya strategiyası hazırlanıb və ilkin olaraq risk qrupuna daxil olan insanların vaksinasiyası həyata keçirilir. Eyni zamanda, biz dünya təcrübəsini də nəzərə alırıq”.

H.Hacıyev bildirib ki, bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar: “Təəssüflər olsun ki, bu cür addımlar kasıb ölkələrin vaksin almaq imkanlarını məhdudaşdırır. Kasıb ölkələrin də vaksinlərə çıxışını təmin etmək lazımdır. Biz bütün BMT ölkələri arasında əməkdaşlığı gücləndirməklə bu bəlaya qalib gələ bilərik”.скачать dle 11.3
Mojo.az Banner