Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda bağçaların açılması ilə əlaqədar hazırlıq işləri görülür (FOTO)

11.02.2021 20:01 975
Abşeronda bağçaların açılması ilə əlaqədar hazırlıq işləri görülür (FOTO)
Abşeron rayonunda məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətə başlaması üçün lazımi hazırlıq işləri görülür.

Qaynarinfo xəbər verir ki, bu barədə Abşeron RİH-nin mətbuat katibi Seymur Qasımov məlumat verib.

O bildirib ki, fevralın 15-dən uşaq bağçalarının açılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən rayon ərazisindəki məktəbəqədər təhsil müəssisələrində müvafiq sanitar-gigiyenik normalara və xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə dezinfeksiya və deratizasiya işləri aparılıb.

Uşaq bağçalarının tərbiyəçiləri və texniki işçiləri hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb. Məktəbəqədər təhsil müəssisələrinin həyətləri, yataq, oyun, mətbəxləri və digər otaqları təmizlənib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Bundan əlavə, bağçalar xüsusi dezinfeksiyaedici məhlullarla təmin olunub.

Bağçaların istilik sistemi yoxlanılıb, elektrik və su xətlərində olan kiçik nasazlıqlar aradan qaldırılıb.

скачать dle 11.3
Mojo.az Banner