Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağa getmək istəyən vətəndaşların NƏZƏRİNƏ - VİDEO

11.02.2021 16:45 1 857
Qarabağa getmək istəyən vətəndaşların NƏZƏRİNƏ - VİDEO
Fövqəladə Hallar Nazirliyi vətəndaşları xüsusi icazə olmadan işğaldan azad edilmiş ərazilərə səfər etməməyə çağırır.

Nazirlikdən verilən məlumata görə, müraciətdə bildirilir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli iradəsi və ordumuzun rəşadəti nəticəsində xalqımızın ən böyük arzusunun gerçəkləşməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi dövlətçiliyimizin ən şərəfli səhifəsidir. Bu tarixi zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü təsdiqlədi:

“Təbii ki, əbədi və əzəli torpaqlarımıza qovuşan hər bir vətəndaşımız səbirsizliklə həmin əraziləri ziyarət etmək istəyir. Lakin mənfur düşmənin törətdiyi əməllərin fəsadları qalmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımıza xüsusi icazə olmadan gedən mülki vətəndaşlar arasında minaya düşərək həlak olan və ya yaralananlara, təəssüf ki, rast gəlinir.

Mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin mövcudluğunu nəzərə alaraq, bir daha əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, həmin ərazilərə mina və digər partlayıcı maddələrdən təmizlənilməsi əməliyyatları bitənədək icazəsiz səfər etməməyə çağırır və bunun həm də hüquqi məsuliyyət yaratdığını xatırladır”.скачать dle 11.3
Mojo.az Banner