Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Göyçay sakinindən tüfəng götürülüb

10.02.2021 16:27 1 161
Göyçay sakinindən tüfəng götürülüb
Göyçay sakinindən silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində İncə kənd sakini Ə.Rüstəmovdan müvafiq sənədləri olmayan “TOZ-61” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı müvafiq istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər