Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Ordusunda yeni tədris ili davam edir - VİDEO

10.02.2021 14:04 2 229
Azərbaycan Ordusunda yeni tədris ili davam edir - VİDEO
Azərbaycan Ordusunda başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarında davam edir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq yeni tədris ilində Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqlar ölkə hüdudları çərçivəsində, xüsusilə də azad edilmiş ərazilərdə real təhdid və risklərin qarşısının alınmasının təmin olunmasına yönəldilib.

Yeni tədris ilinin başlanması ilə əlaqədar bütün hərbi hissələrdə şəxsi heyətə sıra baxışı keçirilir, bölmələrin maddi-tədris bazası və tam təchizatı yoxlanılır.

Müdafiə nazirinin göstərişi ilə şəxsi heyətlə bölmələrin sərəncamında olan müasir silah, hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrədilməsi və onların müxtəlif iqlim və çətin relyef şəraitində tətbiqi üzrə nəzəri və praktiki dərslər keçirilir, hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət göstərilir.скачать dle 11.3
Mojo.az Banner