Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Səməd Vurğun prospektində qeydə alınıb.
Belə ki, "VAZ-31" markalı avtomobil sağa manevr edərkən BYD markalı avtomobilə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.