Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusa yenidən yoluxmanın səbəbi bu imiş

08.02.2021 23:54 1 110
Koronavirusa yenidən yoluxmanın səbəbi bu imiş
Həkimlər bu qənaətə gəlib ki, koronavirusa yenidən yoluxma halları immunitetin azalması fonunda və ya orqanizmdə patogenin aktivləşməsi nəticəsində baş verir.

Median.Az
xəbər verir ki, tədqiqatın nəticələri "BMJ Case Reports" jurnalında dərc edilib. Bir insanın yenidən koronavirus xəstəliyinə tutulması halları olduqca nadirdir, bu səbəbdən də alimlər həqiqətən xəstəliyin təkrarlanması və ya virusun uzun müddət mövcud olması ilə əlaqəli birmənalı nəticəyə gəlməmişdi. Yale Universitetinin tibb fakültəsinin mütəxəssisləri 40 yaşlı kişinin ilk yoluxmadan dörd ay sonra yenidən virusa yoluxma səbəblərini araşdırıb.

Xəstə ilk dəfə xəstəxanaya 2020-ci ilin aprelində müraciət edib. Nəfəs almaqda çətinlik çəkib, eyni zamanda şəkərli diabeti, tiroid funksiyası çatışmazlığı olub. Müalicə zamanı xəstədə ağırlaşmalar baş verib, mədə qanaması, sətəlcəm və böyrək çatışmazlığı ortaya çıxıb. Müalicələrdən sonra kişi sağalıb və evə buraxılıb.

Lakin onda dörd ay sonra yenidən koronavirus aşkarlanıb və boğulma hücumları başlayıb, bununla da yenidən klinikaya yerləşdirilib. İkinci dəfə xəstəlik daha yüngül keçib və bir həftə sonra xəstə evə buraxılıb.

Tədqiqatçılar xəstədə iki ayrı infeksiya yoluxmasının olduğu qənaətinə gəlib. Belə ki, pasiyent ikinci yoluxmanı ilk yoluxmadan qazandığı immunitet fonunda daha asan keçirib. (publika.az)скачать dle 11.3
Mojo.az Banner