Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qayınatanın törətdiyi dəhşətli qətlin təfərrüatı: Gəlini doğrayıb, çuvallara yığaraq...

08.02.2021 20:47 1 179
Qayınatanın törətdiyi dəhşətli qətlin təfərrüatı: Gəlini doğrayıb, çuvallara yığaraq...
Yanvarın 27-də, gecə saat 01:00 radələrində, Bakının Nəsimi rayonu Əliskəndər İskəndərov küçəsindəki zibil qutusundan 5 ədəd torbada doğranmış qadın cəsədi tapılıb. Aparılan araşdırma zamanı 33 yaşlı Banu Məhərrəmovanın 75 yaşlı qayınatası İdris Məhərrəmov tərəfindən amansızcasına qətlə yetirildiyi, daha sonra parçalara bölünərək, zibil qutusuna atıldığı müəyyən olunub. O, dərhal həbs olunub.

Məhərrəmova Banu Xudayar qızının qətli barədə yeni detallar bəlli olub.

75 yaşlı qayınata İdris Məhərrəmovun vəkili Rəhim Əmrəliyev hadisənin bilinməyən tərəfləri barədə News24.az-a danışıb.

O bildirib ki, İdris Məhərrəmov cinayəti törətdiyini etiraf edib:

"Hələ ki, istintaq gedir. İstintaq orqanı bu hadisənin bütün detallarını araşdırır.

İdris Məhərrəmovun bildirdiyinə görə, meyiti hissələrə bölməsində əsas məqsədi qətlə yetirdiyi şəxsin cəsədinin mənzildən daha asan yolla çıxarmaq olub. Meyiti hissələrə bölərkən isə bıçaq və baltadan istifadə edib. İdris Məhərrəmovun dediyinə görə, cinayəti törətməsinə səbəb gəlininin vaxtaşırı ona cavab qaytarması, onu saya almaması, bir qayınata kimi ona hörmət etməməsi olub”.

Vəkil qeyd edib ki, cinayət törədən İ.Məhərrəmovun kifayət qədər normal ailəsi var:

"Öldürülən Banu Məhərrəmovanın həyat yoldaşı keçən ilin yanvar ayında Azərbaycandan gedib və Kanadada yaşayır. Onların qanuni nikahları və iki övladı var. Övladları azyaşlıdır.

Cinayət axşamüstü olub. Özü də dedi ki, heç kimin bilməsini istəməyib. İ.Məhərrəmovun sözlərinə görə, əvvəllər gəlini ilə qayınanası və özü arasında ailədaxili xırda məişət zəminində mübahisələri olub”.

Rəhim Əmrəliyev hadisənin təfərrüatını belə izah edib:

"İdris Məhərrəmov aralarında olan mübahisədən sonra Banu Məhərrəmovanın gözləmədiyi halda əlində olan çəkiclə arxadan yaxınlaşaraq, başından iki zərbə vurub. Daha sonra gəlin huşunu itirərək, yerə yıxılıb. Daha sonra onu sürüyərək, həyətə aparıb. Həyətdə isə su axan kanalizasiya xəttinin yanında cinayəti davam etdirib. Qarın nahiyəsinə bir neçə yerdən bıçaq vurub, sonra isə hissələrə doğrayıb, çuvallara yığaraq, zibil yeşiklərinə atıb.

İstintaq orqanının təyin etdiyi ekspertizanın rəyindən sonra bu adamın həqiqətən də psixoloji probleminin olub-olmadığı aydın olacaq. Ekspertizanın rəyindən sonra istintaq orqanının həmin şəxsə verdiyi ittihamlar ola bilsin ki, daha yüngül maddə ilə əvəz edilsin. Yaxud da gələcəkdə məhkəmə mərhələsində bu şəxsin əməli başqa maddəyə tövsif oluna bilər”.скачать dle 11.3
Mojo.az Banner