Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada azərbaycanlı direktor həbs olundu - VİDEO

08.02.2021 12:28 1 122
Rusiyada azərbaycanlı direktor həbs olundu - VİDEO
Rusiyanın Krasnoyarsk vilayətində yerləşən “Luç” bazarının milliyyətcə azərbaycanlı olan 60 yaşlı direktoru Akif Şixəliyev həbs edilib.

Bu barədə hgs24.ru xəbər yayıb.

Məlumata görə, bazarda baş verən atışma ilə əlaqədar saxlanılan A.Şıxəliyev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilib ki, hadisə ilə bağlı “Silahdan istifadə edərək xuliqanlıq etmə” maddəsi ilə cinayət işi açıb. Buna görə A.Şıxəliyevə 7 il müddətinə həbs cəzası verilə bilər. Münaqişənin digər iştirakçıları da nəzarətə götürülüb.

Xatırladaq ki, fevralın 5-də A.Şıxəliyev özünə məxsus bazarda ov tüfəngindən havaya atəş açıb. Xoşbəxtlikdən zərərçəkən olmayıb.

Bununla bağlı yayılan videoda Şıxəliyevin qarşısındakı şəxsi ov tüfəngi ilə hədələyərək “Dizli üstə! Dizi üstə dedim!”, - deyə qışqırdığı görünür.

Nəşrin araşdırmasına görə, bazarda vəziyyət adətən sakit olur. Əsasən yolun digər tərəfində olan “Yujnaya” tərəvəz bazarının rəhbərliyi ilə xırda münaqişələr baş verir.

“Orada ərzaqlar nisbətən ucuzdur. Burada isə qiymət bir qədər yüksəkdir. Topdan satıcılar bu səbəbdən adətən “Luç” bazarını seçmirlər. Bu da yerli sahibkarları qıcıqlandırır”, - deyə bazar işçilərindən biri deyib.
скачать dle 11.3
Mojo.az Banner