Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Cari ilin bir ayı ərzində 613 kq narkotik vasitə dövriyyədən çıxarılıb - RƏSMİ

05.02.2021 22:23 795
Cari ilin bir ayı ərzində 613 kq narkotik vasitə dövriyyədən çıxarılıb - RƏSMİ
Bu ilin 1 ay 4 günü ərzində polis orqanları tərəfindən 613 kq narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, respublikanın daxili işlər orqanları tərəfindən aparılan kompleks əməliyyat-profilaktik tədbirləri nəticəsində bu istiqamətdə işlər ildən-ilə müsbət istiqamətdə dəyişir:

“Belə ki, respublikanın daxili işlər orqanları tərəfindən bu ilin 1 ay 4 günü ərzində 193 kq marixuana, 344 kq heroin, 68 kq tiryək, 1 kq həşiş, 2 kq digər narkotik tərkibli vasitələr, eləcə də 67 kq metamfetamin aşkar edilərək dövriyyədən çıxarılıb”.

“Təkcə bu rəqəmin böyük hissəsi, 316 kq narkotik vasitə, o cümlədən 74 kq marixuana, 179 heroin, 62 kq tiryək, 1 kq həşiş, 43 kq psixotrop maddə Baş Narkotiklə Mübarizə İdarəsi və onun tabeli orqanlarının əməkdaşları tərəfindən müəyyən edilərək dövriyyədən çıxarılıb”, - deyə E.Hacıyev qeyd edib.

O bildirib ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən olunaraq aidiyyəti üzrə təhvil veriliblər və onlar barəsində istintaq orqanlarında müvafiq istintaq hərəkətləri aparılır:

“Məqsədimiz narkotik vasitələrə qarşı aparılan mübarizənin effektiv nəticəsinin olmasıdır. Xüsusilə vurğulamaq istəyirəm ki, narkotik vasitələrə qarşı mübarizə çərçivəsində görülən tədbirlərin effektiv nəticəsini təhlil etdikdə bu ilin 1 ay 4 günü ərzində əldə olan nəticələrin ötən ilin 4 ayı ilə müqayisədə daha çox olduğu məlum olur”.скачать dle 11.3
Mojo.az Banner