Mojo.az Banner
21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda azyaşlı yaşadığı evi yandırdı

05.02.2021 18:36 1 008
Tovuzda azyaşlı yaşadığı evi yandırdı
Tovuz rayonunda yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, Tovuz rayon, Xatınlı kəndində vətəndaş İsrafil Mustafayevə məxsus fərdi evdə yanğın olub.

İlkin məlumata görə, evdə nəzarətsiz qalan azyaşlı evin birinci mərtəbəsində olan quru otu yandırıb. Nəticədə yanğın baş verib. Yanğın zamanı sahəsi 130 kvadratmetr olan ikimərtəbəli ev, içərisindəki əşyalar və evin birinci mərtəbəsində yığılan ot bağlamaları qismən yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon dövlət yanğından mühafizə hissəsinin üç yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Evdə qalan qadın və dörd uşaq təxliyə edilib. Yanğının ətraf tikililərə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner