Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Mətbuat Şurası övladlarının itkin düşdüyünü iddia edən şəxslə bağlı bəyanat yayıb

04.02.2021 22:58 1 479
Mətbuat Şurası övladlarının itkin düşdüyünü iddia edən şəxslə bağlı bəyanat yayıb
Bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə profillərində iki övladının – Valid və Azər Kazımovların Vətən müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının videogörüntüləri paylaşılmaqdadır. Həmin görüntülərdə qadın ağlayaraq övladlarından xəbər ala bilmədiyini diqqətə çatdırır, kömək istəyir.

Bu barədə "Report"a Mətbuat Şurasından bildirilib.

Araşdırmalar nəticəsində məlum olub ki, Lənkəran rayon sakini olan və hazırda Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayə yaşayan R.Kazımovanın, ümumiyyətlə, övladı yoxdur. Azərbaycan Respubliasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayonundakı strukturu tərəfindən Valid və Azər Kazımov adlı şəxslər hərbi xidmətə çağırılmayıblar. Bundan başqa, bu adlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin itkin düşmüş şəxslərlə əlaqədar siyahısında da yer almır:

"Mətbuat Şurası medianı, sosial şəbəkə istifadəçilərini, həmçinin sosial şəbəkədə aktivliyi ilə seçilən jurnalistləri Vətən müharibəsi, şəhidlər və itkin düşmüş şəxslərlə bağlı mövzulara həssas yanaşmağa çağırır. Təəssüf ki, hazırda haqqında söz açdığımız konkret məsələ ilə bağlı biz bu həssaslığı görə bilmədik.

Ruhi xəstə olan vətəndaşın düşdüyü durumun nəzərə alınmaması və mövcud xüsusda meydana çıxan yanlışlıq cəmiyyətdə gərginlik effekti yaratdı. Gərginliyin yaranması isə eyni zamanda peşəkar media adına yolverilməz hərəkətdir. Nəzərə alınmalıdır ki, Vətən Müharibəsi kimi Azərbaycan cəmiyyəti üçün kifayət qədər həssas əhəmiyyət daşıyan məsələyə münasibətdə qeyri-peşəkarlığın insanların əsəblərini tarıma çəkmək, 44 günlük müharibədə qazanılmış qələbəyə kölgə salmaq ehtimalı var. Media mövzuya ilk növbədə bunu düşünərək yanaşmalıdır.

O da nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şəhid ailələrinə, onların problemlərinə münasibətdə diqqətlidir, itkin düşmüş şəxslərin tapılması istiqamətində ardıcıl iş aparır. Belə bir durumda jurnalist fəaliyyəti dövlət-vətəndaş münasibətlərinə xələl gətirməməli, etimad mühitini zədələməməli, əxlaq normalarını aşan, bəşəri dəyərlərə zidd üsul və vasitələrdən yararlanmamalı, manipulyativ xarakter daşımamalıdır. Baş vermiş hadisə isə göstərir ki, bir sıra jurnalistlərimiz bu prinsiplərə əməl etməyiblər. Belə olan halda peşə dəyərlərinə sadiqlikdən danışmaq mənasızdır.

Azərbaycan Mətbuat Şurası bir daha kütləvi informasiya vasitələrimizin təmsilçilərini, müstəqil jurnalistləri Vətən Müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayişinə, peşəkarlığa, yayılmış fikirlərin informasiya dəyərini yoxlamağa, onların reallıq dərəcəsini nəzərdən keçirməyə, müvafiq dəqiqləşdirmələr aparmağa çağırır".скачать dle 11.3
Mojo.az Banner