Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Xarici İşlər Nazirliyinin kollegiya iclası keçirilib

04.02.2021 22:36 891
Xarici İşlər Nazirliyinin kollegiya iclası keçirilib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası keçirilib.

XİN-dən bildirilib ki, iclasda nazirliyin kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə açan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin Vətən müharibəsində şanlı qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdikdən sonra xarici siyasət sahəsindəki yaranmış yeni reallıqlar və yeni çağırışlar barədə danışıb.

Nazir ölkə başçısı tərəfindən qarşıda qoyulan əsas vəzifələrə istinad edərək, bu sırada diplomatiyamızın yeni reallıqlara uyğun olaraq fəal şəkildə həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin canlandırılması, onların diaspora təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərməsi və digər məsələləri qeyd edib. Nazir bu vəzifələrin icrası məqsədilə işə peşəkar və vətənpərvər kadrların cəlb edilməsinin zəruri olduğunu vurğulayıb.

İclas zamanı XİN-in struktur bölmə rəhbərləri tərəfindən aşağıda qeyd olunan məsələlərə dair məlumatlar təqdim edilib.

Həyata keçirilən struktur islahatları çərçivəsində 2020-ci ilin noyabr ayından başlayaraq xaricdəki diplomatik nümayəndəliklərimizə göndəriləcək kadrların mövcud vakansiyalara uyğun olaraq təşkil edilmiş XİN daxili müsabiqə nəticəsində seçilməsi barədə məlumat verilib.

Habelə, yeni seçim meyarları əsasında XİN-ə işə qəbul sistemi müzakirə edilib. XİN-in kadr siyasətində şəffaflığı təmin etmək məqsədilə cari il ərzində Nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkil ediləcəyi, bununla yanaşı, bu ildən başlayaraq mövcud kadrların müxtəlif ixtisasartırma proqramlarına fəal şəkildə cəlb edilməsinin təmin ediləcəyi bildirilib.

Faydalı iş əmsalının artırılması məqsədilə Nazirlikdə yeni elektron sənəd dövriyyəsi sistemi tətbiq edildiyi, sənədlərin vaxtında və tam icrası nəzarətə götürüldüyü, AR və xarici ölkələrin vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi sahəsində xidmətlərin elektronlaşdırılması üzrə bir neçə layihəyə start verildiyi qeyd olunub.

Kollegiya iclasının iştirakçıları gündəliyə daxil olan məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Yaxın zamanlarda diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə müvafiq görüşün keçiriləcəyi qeyd olunub.//oxu.azскачать dle 11.3
Mojo.az Banner