Bakı metrosu nə vaxt açılacaq? - AÇIQLAMA
Məsələ ilə bağlı Azxeber.com-a açıqlama verən "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun açılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərar əsasında mümkün olacaq:
"Amma metro həmişəki kimi fəaliyyət göstərməyə hazırdır. Sağlam gündəlik rejim şəraitində metronun bütün infrastrukturu qorunub saxlanılır. Qərargah nə zaman qərar versə, metro işləməyə hazır vəziyyətdə olacaq”