Mojo.az Banner
21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |     20:40 Avstriyada məktəbli qızlara hicab qadağan olundu  |     20:34 Tanınmış aktrisa vəfat etdi  |     20:25 Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi  |     20:20 Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı  |     20:12 Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?  |     20:07 Sabah hava necə olacaq?  |     20:00 32 il görmədiyi atasını Bakıda tapdı: Studiyadakı görüş hər kəsi kövrəltdi (VİDEO)  |     19:54 Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı  |     19:47 Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı  |     19:42 Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir  |     19:34 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika  |     19:29 "OpenAI"ın baş alimindən xəbərdarlıq: "Gələcəyə nəzarəti insanların əlində qalmalıdır"  |     19:21 Subay kişilər daha sürətli qocalır?  |     19:16 “Mannhaim Travel”in direktoru vətəndaşları xaricdə iş vədi ilə aldadıb pullarını ələ keçirdi  |     19:10 Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi  |    
Left Banner
Right Banner

Prezident Azərbaycan xalqına müraciət etdi

04.02.2021 14:41 2 481
Prezident Azərbaycan xalqına müraciət etdi
Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər.

Bu sözləri Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

“Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun”.скачать dle 11.3
Mojo.az Banner