23:01 Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN  |     22:56 Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq  |     22:50 “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə  |     22:41 Sumqayıtda mənzildə meyit tapıldı  |     22:36 Qriqori Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |     21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |    

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçiriləcək

Fevralın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, sənəd qəbulu prokurorluq orqanları tərəfindən aparılıb və işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 412 nəfərin namizədliyi qeydə alınıb.
İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş.,Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

İmtahan saat 10:00-da və 15:00-da başlayacaq. Hər növbədə 206 nəfər iştirak edəcək. Namizədlərə imtahanı hansı vaxtda verməli olduqları haqqında məlumat prokurorluq orqanları tərəfindən verilir.

Test imtahanı 3 sааt dаvаm еdəcək. İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunаcаq: iхtisаs üzrə 80 suаl hüququn müхtəlif sаhələrini əhаtə еdir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yохlаmaq üçün nəzərdə tutulub. Məntiqi suаllаrа vеrilən hər düzgün cаvаb 0.5 bаllа qiymətləndirilir. Müsabiqə şərtlərinə uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və ondan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            726 04.02.21 14:16