Mojo.az Banner
16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |    
Mojo.az Avto
Mojo.az Avto

Braziliyalı hücumçu: “Azərbaycana çempion olmaq üçün gəlmişəm”

04.02.2021 14:14 1 158
Braziliyalı hücumçu: “Azərbaycana çempion olmaq üçün gəlmişəm”
“Zirə”yə gəldiyim üçün özümü çox yaxşı hiss edirəm. Komandam yaxşı heyətə malikdir və avrokuboklara vəsiqə verən yerlər üçün mübarizə aparır. Artıq bir müddətdir ki, Braziliyadan kənardayam. Ona görə də hesab edirəm ki, komandaya tez uyğunlaşacağam”.

Bunu “Zirə” klubunun yeni transferi Filipe Paştman Braziliyanın istoe.com.br saytına açıqlamasında deyib.

“Zirə” yanvarın 30-da Ukraynanın “Lvov” klubundan Filipe Paştmanı icarəyə götürdüyünü açıqlayıb. 20 yaşlı hücumçu ilə 6 ay + 3 illik müqavilə imzalanıb. “Zirə” maraqlı olacağı halda, mövsümün sonunda onu birbaşa transfer etmək hüququna malikdir.

İki gün əvvəl “Neftçi”yə səfərdə 1:0 qalib gəldikləri kubok oyununun 77-ci dəqiqəsində meydana daxil olan futbolçu Azərbaycanda debütünü rəsmiləşdirib. 99 nömrəli formanı geyinən gənc forvard “Zirə” ilə çempion olmaq istədiyini bildirib:

“Bütün Avropa komandalarının arzusu Çempionlar Liqası və ya Avropa Liqasında oynamaqdır. “Zirə”yə klubun çempion olması üçün kömək etməyə gəlmişəm. Ancaq hazırkı yerimiz (“Zirə” üçüncü yerdədir – S.M.) də önəmlidir. Çünki belə də avrokuboklara gedə bilirik”.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner