Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda pik yoluxma nə vaxt gözlənilir? - Professordan PROQNOZ

03.02.2021 23:52 1 062
Azərbaycanda pik yoluxma nə vaxt gözlənilir? - Professordan PROQNOZ
Koronavirusun yeni ştamlarına yoluxan xəstə ilə COVID-19 xəstələrinin müalicəsində hər hansı fərq yoxdur. Virusun yeni ştamları Uhandan qalan məsələdir. Kembric Universitetinin alimlərinin Britaniyada aşkar etdiyi ştamlar 2020-ci ilin fevral və martında da var idi. Fərq ondadır ki, COVID-19 infeksiyası qrip viruslarından fərqli olaraq daha sürətli mutasiya qəbul edir.

Milli.Az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib. Professor bildirib ki, virusun müxtəlif modifikasiyaları və mutantları mövcuddur:

"Düşünmürəm ki, hazırkı epidemioloji göstəricilər həmin ştamlara təsir edə bilsin. Ümumi toplum içərisində bu mutasiyalar var, amma epidemioloji vəziyyətin kəskinləşməsinə təsir etməyəcək, uğurlu vaksinasiya olarsa, bu, əhalini 5-6 ştammdan qorumaq qabiliyyətinə malik olacaq. Odur ki, ciddi narahatlığa əsas yoxdur".

Ə.Sadıqov qeyd edib ki, karantin qaydalarının yumşaldılması müəyyən müddətdən sonra yoluxma sayının artmasına səbəb olacaq:

"Bu tendensiya gözləniləndir, çünki insanlar bir-biri ilə daha çox kontaktda olur. Vəziyyətin kritik həddə çatmaması üçün vaksinasiya olunmuş və olunmamış insanlar eyni qaydalara əməl etməyə davam etməlidir. Vaksinasiya onun üçün lazımdır ki, virusa yoluxsaq, ağır xəstəliyə düçar olmayaq. Cəmiyyətdə ölüm sayı azalsın, infeksiya ümumiyyətlə aradan qalxsın. Yalnız cəmiyyətin 60-70 faizi peyvənd olunduqdan sonra epidemiya təhlükəsindən çıxa bilərik".скачать dle 11.3
Mojo.az Banner