Şagirdlər poliklinikalarda tibbi baxışdan keçəcəklər? - Nazirlik rəsmisindən AÇIQLAMA
Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu məsələyə aydınlıq gətirib.
O, “Facebook” profilində bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
“Sosial mediada məktəb şagirdlərinin tibbi baxışdan keçməsi üçün ərazidə yerləşən poliklinkalara getməsi ilə bağlı yayılan səs yazıları heç bir həqiqəti əks etdirmir”, - deyə nazirlik rəsmisi bildirib.