Səhhəti pisləşdiyi üçün serialdan ayrılan məşhur aktrisa: “İki addım atan kimi yoruluram” - FOTO
“Milliyet” xəbər verir ki, 28 yaşlı aktrisa narahatlığına görə günlərlə evdən çıxmayıb.
“Gördüyünüz kimi daha yaxşıyam, amma iki addım atan kimi yoruluram”, - deyən Atagül beş kilo arıqladığını qeyd edib.
O, serialı tərk etdikdən sonra yerinə Tuba Büyüküstünün heyətə qatılmağına münasibət bildirməyib.
“Xeyirli olsun, dostlar, bir şey deməyəcəm. Diqqətiniz üçün təşəkkürlər”, - deyə aktrisa ərinin köməyi ilə avtomobilinə minərək uzaqlaşıb.
Xatırladaq ki, bağırsaq problemləri səbəbindən səhhəti pisləşən Atagül serialdan ayrılaraq müalicəyə başlayıb.

