Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“WhatsApp”da bir neçə yeni funksiya istifadəyə veriləcək

02.02.2021 22:52 816
“WhatsApp”da bir neçə yeni funksiya istifadəyə veriləcək
Populyar "WhatsApp" messencerində bir neçə yeni funksiya istifadəyə veriləcək. Onların hamısı messencerin veb-versiyasında, eləcə də "MacOS" və "Windows" əməliyyat sistemləri üçün proqramlarda tətbiq ediləcək. Bu barədə "The Independent" nəşrinin məlumatında deyilir.

Median.Az
ictnews.az-a istinadən bildirir ki, əsas yenilik təhlükəsizlik funksiyalarının yenilənməsi ilə əlaqədar olacaq. Hazırda messencerin fərdi kompüter versiyasının istifadəçiləri kompüterdə yazışmalara daxil olmaq üçün əvvəlcə smartfonla "QR" kodunu skan etdikləri halda gələcəkdə əlavə olaraq sifət və ya barmaq izini skan etməli olacaqlar.

Tərtibatçıların rəsmi məlumatına görə, bu, qonşu və ya həmkarın istifadəçinin icazəsi olmadan "WhatsApp" hesabına qurğular qoşmaq imkanını azaldacaq.

Son proqram yeniləməsi ilə daktiloskopik sensor və üz skanerini dəstəkləyən bütün qurğu sahibləri təchiz ediləcək. "WhatsApp" nümayəndələri "Android" və "iOS" sistemlərinin qurğuda skanı məlumatları kənar serverlərə göndərmədən etməyə imkan verdiyindən istifadəçilərin biometrik məlumatlarına çıxış imkanlarının olmayacağını əlavə ediblər.

Yeni funksiyaların bir neçə həftə ərzində messencerdə istifadəyə veriləcəyi bildirilsə də, dəqiq tarix açıqlanmır.скачать dle 11.3
Mojo.az Banner