Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərsu” ASC-nin sədrinin yaxın qohumlarının vəzifələri və şirkətləri – SİYAHI

02.02.2021 12:34 2 757
“Azərsu” ASC-nin sədrinin yaxın qohumlarının vəzifələri və şirkətləri – SİYAHI
10 ildir “Azərsu” şirkətinə Qormaz Hüseynov idarəçilik edir. Bu şirkətə hər il dövlət tərəfindən milyardlarla vəsait ayrılsa da, şirkətin təqdim etdiyi xidmətlərin keyfiyyətində ciddi bir dəyişiklik olmur: su təchizatı bərbad, içməli suyun keyfiyyəti palçıq kimi, kanalizasiya sistemi murdar günündə, ölkədə su qıtlığı kifayət qədər. Bunun müqabilində isə Qorxmaz Hüseynov qohumlarının adına şirkətlər, o şirkətlərin qalib gəldiyi milyonluq layihələr, tenderlər sayəsində özünun və ailə biznesinin vəsaitini artırıb, mülklər, restoranlar, hamamlar, obyektlərə sahib olub. Əvəzində isə həm “Azərsu” şirkətini dövlət büdcəsindən kreditlər alaraq borca batırıb, həm də bu borcu qapatmaq üçün xalqın istifadə etməyə məcbur olduğu keyfiyyətsiz su-kanalizasiya təchizatının qiymətini artırıb.

Qorxmaz Hüseynovun yaxın qohumları və onların vəzifələri, həmçinin açdıqları şirkətlər:

– “Natural Aqro” MMC-nin rəhbəri Araz Hüseynli – Qorxmaz Hüseynovun oğlu



– “Sənaye Tikinti-M” MMC və “Baba Dağ” MMC təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov- qardaşıdır.



– SOCAR-ın qazma işləri üzrə trest rəisinin müavini Faiq Cavanşir oğlu Hüseynov – qardaşıdır.



– SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini Əmiraslanov Nicat Mətləb oğlu – yaxın qohumu



– “Azərsu” Yasamal rayonu su kanal idarəsinin rəis müavini İsmayılov Şakir Əhməd oğlu – Qorxmaz Hüseynovun xalası oğludur.



– Azərsu SC xarici layihələr şöbəsinin müdür müavini İsmayılov Şahlar İsmayıl oğlu – Qorxmaz Hüseynovun qohumu (“DISTANT TRAVEL” MMC)



– “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Cəbrayılov Namiq Cidalı oğlu – qaynıdır.



– Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri – Cəbrayılov Natiq Cidalı oğlu – digər qaynı



– “Azərsu” Su-Tikinti idarəsinin rəis müavini – Cəbrayılov Nurəli Cidalı oğlu – digər qaynı



– Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov – qohumu



– Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli isə boru və qum biznesini idarə edir





Qaynı Cəbrayılov Namiq Cidalı oğlunun adına olan şirkətlər:



“Xəzər Tur Travel” MMC

“Sevda” xüsusi kiçik müəssisəsi

“HİDRO TOP” MMC

“OMİCRON” MMC

“HİDRO MAKİNA” MMC

“HİDRO İnşaat Servis” MMC

“KOMPROQRAM Proqramlaşdırma və Texniki Təchizat” Müəssisəsi





//bakupost.azскачать dle 11.3
Mojo.az Banner